Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Türk Hava Yolları” cari ilin ilk 9 ayı ərzində 56.4 milyon sərnişinə xidmət göstərib



Newscenter.az.14.10.2019. “Türk Hava Yolları”nın sentyabr ayı üçün ümumi daşıma həcmi 82.9 faiz olub. Şirkətin Bakı ofisindən Newscenter.az-a bildirilib ki, milli bayraqdar ötən ay ərzində ümumilikdə 6.7 milyon sərnişinə xidmət göstərib. Aviaşirkətin yerli və beynəlxalq hava daşımalarının həcmi müvafiq olaraq 86.1 faiz və 82.5 faiz olub. Ötən ilin sentyabr ayı ilə müqayisədə məntəqədən məntəqəyə uçan sərnişinlərin (tranzit sərnişin) sayı 6.2 faiz, beynəlxalq sərnişinlərin sayı isə 5.5 faiz artıb.

2018-ci ilin analoji dövrü ilə müqayisədə bu ilin sentyabr ayında şirkətin həyata keçirdiyi yük daşımalarının həcmində də artım var -9.8 faiz təşkil edib. .

“Türk Hava Yolları” 2019-cu ilin ilk 9 ayı ərzində 56.4 milyon sərnişin daşıyıb. Həmin dövr ərzində ümumi hava daşımalarının həcmi isə 81.4 faizdir. Beynəlxalq hava daşımalarının həcmi 80.7 faiz, yerli hava daşımalarının həcmi isə 86.4 faiz olub. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində “Türk Hava Yolları”nın məntəqədən məntəqəyə (tranzit) sərnişindaşıması 3.9 faiz artıb.

Cari ilin ilk doqquz ayı ərzində aviaşirkət tərəfindən daşınan yükün həcmi 9.6 faiz artaraq 1.1 milyon tona çatıb.

Zaur
Xəbəri paylaş