Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Bakı Metropoliteni" beynəlxalq tədbirdə təmsil olunub



Newscenter.az.15.10.2019. Rusiyanın Nijni Novqorod şəhərində "Metro" Beynəlxalq Assosiasiyasına üzv olan metropolitenlərin baş mühəndislərinin ənənəvi illik texniki şurasının iclası keçirilib.

Newscenter.az-a daxil olan məlumata görə, tədbirdə "Bakı Metropoliteni" QSC-ni istismar üzrə baş mühəndis Əlixan Osmanov təmsil edib. Tədbirin gündəliyi, həmişəki kimi, aktuallığı ilə seçilərək, son dövrlərin daha çox gündəmdə olan məsələlərini əhatə edib. “Bir qayda olaraq belə mötəbər toplantıda texniki məsələlərə öz mövqeyi, təcrübəsinə uyğun olaraq, daim xüsusi peşəkar yanaşma tərzi nümayiş etdirən və hər məsələdə öz rəyi olan Bakı metropoliteninə, həmişə olduğu kimi, bu dəfə də xüsusi münasibət var idi. Bakı metropoliteni keçmiş SSRİ məkanı yeraltı dəmiryol nəqliyyatı müəssisələri arasında öncüllüyü ilə seçilir. Bu səbəbdən Assosiasiyada Bakı metropoliteninin təcrübəsinə istinadən müəssisədəki mühəndis düşüncəsi ilə hesablaşırlar" deyən Əlixan Osmanov onu da əlavə edir ki, son illərdə Bakı metropoliteninin əldə etdiyi texnoloji nailiyyətlərə, həyata keçirilən mühəndis-texniki yeniliklərə budəfəki iclasda da maraq böyük olub.

Baş mühəndislər metroda sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi baxımından bir sıra məsələlər ətrafında müzakirələr aparıblar. Əlixan Osmanov son dövrlərdə bir çox metropolitenlərdə tətbiqinə başlanılan sistemlərin artıq köhnəldiyini qeyd edib.

Anar
Xəbəri paylaş