Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllim və valideynlərin müraciətləri dinləniləcək



Newscenter.az.16.10.2019. Oktyabrın 18-də paytaxtın Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bu barədə məlumat Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 286 nömrəli tam orta məktəbdə (Ünvan: Dadaş Bünyadzadə küçəsi 1) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.
Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

R.Mehdiyeva
Xəbəri paylaş