Newscenter.az.20.10.2019. Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkənin ayrı-ayrı subyektlərinə, regionlarına səfəri davam edir. Oktyabrın 20-də Fizuli Məmmədovun rəhbərliyi ilə Rusiya Azərbaycanlıları İttifaqının nümayəndə heyəti Sankt-Peterburq şəhərində olub.
Newscenter.az RAİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, RAİ-nin nümayəndə heyəti və Sankt-Peterburqdakı Azərbaycan icmasının nümayəndələri Leninqradın mühasirəsində həlak olanların xatirəsini yad etmək üçün Piskarevskidəki abidəni ziyarət ediblər. RAİ prezidenti və nümayəndə heyəti, eləcə də Azərbaycan icmasının üzvləri abidənin önünə əklil qoyub, onları ehtiramla yad ediblər.
Qeyd edək ki, Nekropolun ərazisində 186 kütləvi məzar var. Burada 470 mindən çox leninqradlı dəfn olunub.
Xosrov