Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” davam edir



Newscenter.az.22.10.2019. “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” bu gün İnnovasiyalar Agentliyində davam edir.

Newscenter.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, Avropa Birliyinin təşkilatçılığı, “PAŞA Bank”ın tərəfdaşlığı ilə baş tutan forumun ikinci günündə iştirakçılara E-ticarətdə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların mühafizəsi, bazar davranışı və tendensiyaları mövzularında “Master class” keçirilib. “Master class”ın məqsəd E-ticarətlə məşğul olanlar və bu işə yeni başlayanlar üçün ekspert təlimləri keçmək və onları maarifləndirməkdir.

Təlimçi heyətinə biznes analitikası üzrə mütəxəssislər – Kəramət Hacıyev, Rəşad İbrahimov, Vüqar Cəfərov, kibertəhlükəsizlik, vergi və hüquq üzrə mütəxəssis Fərid İsayev daxildir.

Anar
Xəbəri paylaş