Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında iştirak edəcək



Newscenter.az.22.10.2019. 23-26 oktyabr 2019-cu il tarixlərində Polşanın paytaxtı Varşava şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 48-ci Baş Assambleyası keçiriləcək.

Newscenter.az-a MOK-un mətbuat xidmətindən bildirilib ki, iclasda Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, MOK-un baş katibinin müavini Azər Əliyev, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalının nümayəndələri Nikki Efendi, Namiq Novruzov, Tərlan Məmmədov iştirak edəcəklər.

Assambleya çərçivəsində 24 oktyabr tarixində cənab Çingiz Hüseynzadənin iştirakı ilə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçiriləcəkdir. İclasda AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi adı çəkilən təşkilatın hesabatı ilə çıxış edəcəklər.

25 oktyabrdan etibarən Avropa Olimpiya Komitəsinin Baş Assambleyası öz işinə başlayacaq. Assambleyada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, Atletlər, Olimpiya Mədəniyyəti və irsi, Olimpiya Akademiyası və digər komissiyaların iclası keçiriləcəkdir. Həmçinin, Tokio 2020 və Paris 2024 Yay Olimpiya Oyunları, Pekin 2022 Qış Olimpiya Oyunları, Krakov və Malopolska 2023 Avropa Oyunlarının məruzə çıxışları gündəlikdə olan məsələlər sırasındadır.

Baş Assambleya çərçivəsində Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalının hesabatı Gənclər və İdman naziri Azad Rəhimov və Bakı 2019 AGOF-un nümayəndəsi Nikki Efendi tərəfindən təqdim olunacağı gözlənilir. Əlavə olaraq, 2025-ci il üçün Avropa Gənclər Olimpiya Festivalının yay və qış oyunları üçün namizəd ölkələrin adları açıqlanacaqdır.

Ehtiram
Xəbəri paylaş