Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Sarov kəndinin icması üçün təlim keçirdi



Newscenter.az.22.10.2019. Oktyabrın 22-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçiləri Goranboy rayonunda yerləşən Sarov sakinlərindən seçilmiş Su İstifadəçiləri Komitəsinin 9 üzvü üçün təlim keçirdi. Təlim iştirakçıların aktiv iştirakını təmin etmək üçün interaktiv şəkildə keçirildi.

Newscenter.az xəbər verir ki, təlimin gedişi zamanı komitə üzvləri ilə gələcək əməkdaşlıq haqqında saziş imzalanmışdır.

Qeyd edək ki, Sarov kəndində Su İstifadəçiləri Komitəsi BMqT tərəfindən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində icma üzvlərinin potensialını artırmaq və su qaynaqlarını idarə etmək üçün yaradılmışdır.
Dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.
Xəbəri paylaş