Newscenter.az.22.10.2019. Gənclər və İdman Nazirliyi tərəfindən Qobustan dövlət tarixi-bədii qoruğu dəstəyi ilə “Qobustan-tarixinin daş yaddaşı” adlı layihə həyata keçiriləcək.
Newscenter.az-a GİN-dən bildirilib ki, layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə ilə, eləcə də Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının qərarı ilə təsdiq edilmiş “MDB üzv dövlətlərinin 2018-2020-ci illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planı”-na uyğun olaraq həyata keçirilən “Yaşıl Planet” Beynəxalq tələbə məktəbi çərçivəsində təşkil ediləcək.
Layihənin məqsədi- xarici qonaqlara Azərbaycan tarixi haqqında məlumat vermək, Qobustanın dünyanın ilk yaşayış məskənlərindən biri olduğunu çatdırmaqdır.
Layihədə qədim dövrə aid olan mədəniyyət, məişət və ənənələr gənc aktyorlar tərəfindən təqdim ediləcəkdir.
Ehtiram