Newscenter.az.23.10.2019. “Nazirlər Kabinetində dəyişikliklər, hökumətin yaşlı üzvülərinin istefaya getməsi ardıcıl olarsa, müəyyən dəyişikliklər ola bilər”.
Newscenter.az xəbər verir ki, bu fikirləri AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə deyib. O, qeyd edib ki, ancaq hakimiyyətdə yaşlı nəsil öz razılıqları ilə getməyəcək:
“Prezident Əli Həsənov və Hacıbala Abutalıbovu qəbul edərkən hökumətin digər yaşlı üzvülərini də bu istefadan nümunə götürməyə çağırması onlara mesaj idi. Məncə, bu mesajdan sonra 70 yaşlı hökumət nümayəndələri könüllü surətdə getməli idi. Amma, görünür onlar yerini tərpətməmək üçün yenidən sabotaja keçməyi planlaşdırıblar”.
Partiya rəsmisi hesab edir ki, Qərbdən və digər beynəlxalq təşkilatlardan ölkəyə qarşı təzyiqlərin artmasında onlar maraqlıdırlar:
“Bununla öz kürsülərini və əvəzolunmaz olduqlarını saxlamağa çalışırlar. Məhz islahatlar paketinin qəbul olunmasına yaşlı komanda üzvülərinin bəziləri imkan vermir. Bundan əlavə, dövlət başçısı hakimiyyət daxilində qrupların olduğunu və onların sabotjla məşğul olmasını qeyd etməsi, bunu dözülməz hal adlandırmasından sonra, yeni proseslərə start verilib. Bunu elə həyata keçirməyə çalışır ki, mərkəzdən qaçma olmasın. Qeyd edim ki, hökumətin üzvülərinin 95 faizi yaşlı nəslin nümayəndələridir. Göründüyü kimi prezident artıq onların kifayət qədər problem yaratdıqlarının fərqindədir və onların istefasını açıq şəkildə cəmiyyətə çatdırır".
Məhəmməd Əsədullazadə qeyd edib ki, Prezident İlham Əliyev artıq dəyişikliklərin labüd olduğunu komandasının yaşlı üzvülərinin onun siyasətinə qarşı gəldiyini ilk dəfə publika qarşısında çatdırmaqla dəyişikliklərin anonsunu verdi.
"Gələn il parlament seçkiləri keçiriləcək. Prezident üçün bu siyasi fürsətdi. Milli Məclisdə böyük dəyişikliklər edib, siyasi açılımla yeni dəyişikliklərə gedə bilər. Mobil və çevik hökumətə ehtiyac var. İslahatlar olmasa, müəyyən problemlər ortaya çıxacaq".
Xosrov