Newscenter.az.24.10.2019. BMqT-nin Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Vyanadakı regional ofisinin direktoru Szabados Argentina, təşkilatın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Newscenter.az-a daxil olan məlumata görə, komitə sədri qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib və dünyada azərbaycanlıların yayılma coğrafiyası haqqında danışıb.
Argentina Szabados iki qurum arasındakı mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edərək, Dövlət Komitəsinin diaspor xəritəsinə verdiyi töhfəni və 2020-ci ildə Bakıda keçiriləcək Diaspor Forumunun reallaşması üçün gördüyü işləri vurğuladı. Xanım Szabados, BMqT, BMT Habitat və Diaspor Komitəsi arasında Cenevrədə dekabr ayında imzalanması planlaşdırılan Anlaşma Memorandumunun bu qurumların aralarındakı əməkdaşlığı keyfiyyətcə yeni bir səviyyəyə qaldıracağına əminliyini bildirdi.
Görüşdə diaspor və miqrasiya mövzusunda fikir mübadiləsi aparılıb, yerdəyişmə zamanı insanların inteqrasiyası və milli kimliyin qorunması məsələləri müzakirə olunub. Qonaqlar iki qurum arasında mövcud əməkdaşlığın perspektivləri barədə təkliflərini səsləndirib, birgə layihələrin reallaşdırılmasının əhəmiyyətini qeyd ediblər.
Aydan