Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dini Komitənin rəhbərliyi cənub zonasında vətəndaşları qəbul edəcək



Newscenter.az.24.10.2019. Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək.

Dini Komitədən Newscenter.az-a bildirilib ki. qəbul oktyabrın 29-da saat 11:00-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Həmin tarixdə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Yardımlı rayon Heydər Əliyev Mərkəzində saat 10:00-da rayon sakinləri ilə görüşəcək.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov isə oktyabr ayının 25-də Lerik rayon Mədəniyyət Mərkəzində saat 10:00-da vətəndaşların
müraciətlərini dinləyəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı və Lənkəran bölgəsi üzrə şöbələrinə müraciət etmələri xahiş olunur.

Mehman
Xəbəri paylaş