Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müasir dövrün tələblərinə cavab verməyən kadrların, gənc, kreotiv, müsbət ictimai imicə malik mütəxəssislərlə əvəz olunması zamanın tələbidir



Newscenter.az.24.10.2019. “Mən indiki dövrü şərti olaraq postneft dövrü adlandırardım. Ona görə yox ki, neftimiz tükənir, əksinə kifayət qədərdir. Ancaq biz iqtisadi inkişafımızı qeyri neft sektoru üzərində qurmalıyıq”. Bu fikirləri prezident İlham Əliyev, Mikayıl Cabbarovu iqtisadiyyat naziri təyin edərkən səsləndirib və dayanıqlı inkişafın təmin olunması üçün islahatların dərinləşdirilməsi, ÜDM- n strukturunda qeyri neft sektorunun artım tempinin təmin olunması istiqamətində strategiyanı müəyyənləşdirib.

Newscenter.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bildirən millət vəkili Nəsib Məhəməliyev deyib ki, prezident reallıqdan çıxış edərək ümumi inkişafa mane olan, dövlətin əsas iqtisadi dayaqları hesab olunan, sahibkarlığın inkişafının qarşısının məmurlar tərəfindən alınması, qanunsuz himayədarlıq, öz işlərini qurmağa imkan tapmamış çoxsaylı problemlərin süni şəkildə yaradılması faktlarının aradan qaldırılması barədə ciddi tapşırıqlar verib:

"Hər kəsə bəllidir ki, bu neqativ hallar subyektiv xarakter daşıyır və bilavasitə dövlət idarə etmə sisteminə təsadüfən düşmüş qeyri-peşəkar, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan məmurlar tərəfindən edilir. Təəsüf ki, iyirmi birinci əsrdə, rəhbərlik etdiy kollektivlərdə və yaxud inzibati ərazilərdə çalışan insanları qorxu altında saxlamaq, şantaj etmək, hər addımda hüquqlarını pozmaq və bundan maniyakal şəkildə zövq almaq bəzi məmurların həyat kredosuna çevrilib. Belə davranışlarla, bu tipli “ özünəvurğunlar” təmsil etdikləri komandaya, dövlətçiliyə olduqca böyük zərbə vururlar”.

Nəsib Məhəməliyev qeyd edib ki, Cənab Prezidentin, kadr islahatlarının aparılmasının vacibliyi, ümumi inkişafa mane olan məmurların cəzalandırılması barədə fikirləri, xalqımız tərəfindən çox yüksək qarşılanıb:

“Müasir dövrün tələblərinə cavab verməyən kadrların, gənc, kreotiv, müsbət ictimai imicə malik mütəxəssislərlə əvəz olunması zamanın tələbidir. 2020-ci ildə sosial rifah halının daha da yaxşılacağı, minimum əmək haqqları, pensiya və müavinətlərin, orta aylıq maaşların artacağı ilə bağlı Prezidentin verdiyi mesajlar da xalqın ürəyincə oldu və gələcəyə inamı daha da artırdı”.

Millət vəkili onu da qeyd edib ki, ortada Azərbaycanı daha da sürətli inkişaf etdirəcək siyasi iradə var və bu siyasi iradənin real həyata keçməsi üçün hər birimiz Prezident İlham Əliyevə dəstək verməli , ictimai siyasi sabitliyi qoruyaraq, onu daxili və xarici təzyiqlərdən müdafiə etməliyik.

Xosrov
Xəbəri paylaş