Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nərmin Şahmarzadəyə Mübarizin yaşlı ailəsinin evini süpürmə cəzası verilməli idi



Newscenter.az.24.10.2019. Milli Qəhrəmanımız Mübariz İbrahimovu təhqir edən və ona ağır cinayətdə süçlamaqla böhtan atan aktivist Nərmin Şahmarzadə barədə məhkəmənin küçə süpürtmə cəzasını, yüngül də olsa doğru hesab edirəm”.

Newscenter.az xəbər verir ki, bu fikirləri İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay səsləndirib. O, bildirib ki, qadın olduğuna görə onu belə yüngül maddənin ağır tərəfini götürüb həbs vermə yaramazdı:

“Amma daha ədatətli, islahlı və nümunəvi qərar o olardı ki, məhkəmə Nərmin Şahmarzadəyə Mübarizin yaşlı ailəsinin evini süpürmə, qabını yumaq və sair kimi ev işləri görmək cəzası verərdi. Və hər dəfə də təhqir etdiyi Milli Qəhrəmanın evini süpürüb, qabını yuyanda, Nərminə etdiyi yanlışı Mübarizin ruhu daha aydın və təsirli anladardı”.

Xosrov
Xəbəri paylaş