Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Konqresi həm Türkiyə, həm də Azərbaycanla qarşı ədalətsiz və beynəlxalq hüquqa zidd davranışa imza atmamalıydı



Newscenter.az.30.10.2019. ABŞ Konqresinin Nümayəndələr Palatasının oktaybrın 30-da qəbul etdiyi uydurma “erməni soyqırımını” tanıyan qətnamə qəbul etməsi və bu da azmış kimi üstəlik də ermənpərəst Konqresə erməni separatçılarının “xarici işlər naziri”nin də dəvət olunması faktını dərin təəssüf hissi ilə qarşıladıq.

ABŞ Konqresi Türk Dünyasının bu iki əsas aparıcı ölkəsinə - həm Türkiyə, həm də Azərbaycanla qarşı bu cür ədalətsiz və beynəlxalq hüquqa zidd davranışa imza atmamalıydı. Konqresin bu cür qərəzli addımının münasibətlərimizə çox ciddi şəkildə zərər vuracağı gün kimi aydındır. "Demokratiyanın bayraqdarı", dünyada "ədalətin keşikçisi" kimi tanınan Amerika Birləşmiş Ştatlarının qanunverici orqanının işğalçı Ermənistanın yanında yer alması və erməni yalanlarına, "soyqırım" miflərinə mənəvi və siyasi dəstək nümayiş etdirməsi əslində ABŞ "demokratiya"sının gerçək üzünü, daha doğrusu, üzsüzlüyünü ortaya qoydu. Biz Demokratik Dünyası Partiyası (DADP) olaraq Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin saxta "təmsilçi"si Masis Mayilyanın ABŞ-a dəvət olunmasına və onun sözügedən uydurma "soyqırım" qətnamə layihəsinin Konqres tərəfindən təşkil edilmiş müzakirəsində iştirakının təmin edilməsinə qəti şəkildə etirazımızı bildiririk!

Separatçı-terrorçu rejimin "təmsilçi"sinin ABŞ-a hansı kanallarla dəvət olunmasından və bu dəvətin motivinin nə olmasından asılı olmayaraq bu hadisə ABŞ və Azərbaycanın dostluq və müttəfiqlik münasibətlərinə xələl gətirir. Dost və müttəfiq hesab etdiyimiz bir ölkənin parlamentarilərinin Azərbaycan və Türkiyəyə qarşı bu cür davranışı "ikili standartlar" siyasətinin bariz nümunəsidir. ABŞ konqresmenlərinin bu cür məsuliyyətsiz addımı onların erməni yalanlarına uymasının və erməni lobbisinin şirnikləndirmələrinin nəticəsidir. Biz hesab edirik ki, Ağ Ev administrasiyası və ABŞ Senatı konqresmenlərin bu biabırçı addımının qarşısını almalıdır. Vaşinqton Türkiyə və Azərbaycan kimi vacib tərəfdaşları ilə münasibətləri bir ovuc erməni avantüristlərinin məkrli niyyətlərinə qurban verməməlidir!

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş