Newscenter.az.31.10.2019. 27-30 oktyabr tarixlərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndə heyəti Tacikistan Respublikasının Soqd vilayətində səfərdəolub.
Newscenter.az-a daxil olan məlumata görə, cəmiyyətin İdarə Heyətinin sədr müavini Oqtay Məmmədov,Geoloji kəşfiyyat şöbəsinin müdiri Şahbəddin Musayev vilayətin sədri Racabboy Axmadzoda ilə görüş keçiriblər.
Xucand şəhərində təşkil olunan görüşdə vilayətin aparıcı dağ-mədən şirkət rəhbərləri də iştirak ediblər.
Qeyd edək ki, Tacikistanın Soqd vilayətində dünyanın ən iri gümüş yatağı olanBöyük Kanimansur, eləcə də Altın Topkan, Ciloy, Aprelevka kimi nəcib metal filizi yataqları mövcuddur. Vilayət rəhbərliyi bu və digər mədənlərin işlənilməsində “AzerGold” QSC ilə təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
Nümayəndə heyəti “Aprelevka” birgə müəssisəsinin baş direktoru Baxtiyor Macidovla da görüşüb,şirkətin dağ-mədən sahəsindəmövcud maddi-texniki baza, fabrik və laboratoriyada yaradılan şəraitlə tanış olub, “Kuş Mulla” və “Berquda” yataqlarına baxış keçiriblər.
Daha sonra tərəflər əməkdaşlıq məsələləri ətrafında danışıb, nəcib və qiymətli metal filizi sahələrində geoloji kəşfiyyat və hasilat proseslərinin həyata keçirilməsində, eləcə də müasir texnologiyaların tətbiqi istiqamətində birgə fəaliyyətə dair fikir mübadiləsi aparıblar.
Zaur