Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fizuli Məmmədovun rəhbərlik etdiyi Rusiya Azərbaycanlıları İttifaqının nümayəndə heyəti Vəhşi diviziyanın şərəfinə keçirilmiş təntənəli yığıncaqda iştirak edib



Newscenter.az.1.11.2019. Moskvada oktyabrın 31 də Qafqaz xalqlarından ibarət süvari diviziyanın 105 illiyinə həsr edilmiş “Vəhdət və rəşadət. Tarix və incəsənətdəki Vəhşi Diviziya ” adı altında təntənəli yığıncaq keçirilib. Tədbir iştirakçıları arasında görkəmli elm və yaradıcılıq adamları, ictimai və siyasi xadimlər, Qafqaz diasporlarının nümayəndələri olub.

Newscenter.az xəbər verir ki, tədbiri Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Tsereteli təbrik nitqi ilə açıb. O “Qafqaz qarşısında xidmtlərinə görə” ordenini təsis etməyin vacibliyini qeyd edərək, tədbir iştirakçılarını bu ideyanın həyata keçirilməsi barədə düşünməyə səsləyib.

Rusiyanın tanınmış dövlət xadimi, İmperator Pravoslav Fələstin Cəmiyyətinin sədri Sergey Stepaşinin salamlama məktubu da təbrik iştirakçılarına təqdim edilib.

Təntənəli iclasda Rusiyadakı diasporumuzu Rusiya azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov, onun müşaviri, general-mayor Bağır Fətullayev təmsil edib. Tədbirdə RAİ-nın vitse-prezidenti Mais Cəfərov və Ümumdünya Azərbaycan Mədəniyyət Fondu Prezidentinin müşaviri Konstantin Tarasov da iştirak ediblər.

Bağır Fətullayev RAİ adından yığıncaq iştirakçılarına təbrik nitqi söyləyib. Çıxışında general-mayor Bağır Fətullayev Rusiyanın tarixən çoxmillətli bir ölkə olduğunu qeyd edərək, bu vacib amilin Rusiyanın hərbi tarixində də öz əksini tapdığını bildirib. Rusiya imperiyasının məşhur azərbaycanlı zabitləri haqqında danışan soydaşımız, 19 azərbaycanlının Rusiya İmperiyasının ən yüksək mükafatı sayılan “Müqəddəs Georgi ordeni”nə layiq görüldüyünü deyib.

Bağır Fətullayev çıxışı zamanı azərbaycanlıların bütün dövrlərdə xarici işğalçılara qarşı mübarizədə Rusiya uğrunda savaşların iştirakçısı olduğunu vurğulayıb. RAİ Prezidentinin müşaviri gələcəkdə də Rusiya azərbaycanlılarının vətəndaşı olduqları dövlət uğrunda mübarizəyə hazır olduğunu bildirib.

Təntənəli yığıncaq Qafqaz xalqlarının milli yaradıcılıq kollektivlərinin çıxışları ilə başa çatıb. RAİ – nin dəstəyi ilə milli mədəniyyətimizi tədbirdə "Qarabağ" rəqs qrupu “İgidlər” rəqsini ifa etməklə tərənnüm edib.
Xəbəri paylaş