Newscenter.az.1.11.2019. Ümumi təhsil müəssisələrində çalışan tarix müəllimləri ilə "Milli-mənəvi dəyərlərimiz mövcudluğumuz, tariximiz, kimliyimizdir" mövzusunda “Dəyirmi masa”lar keçirilir.
Newscenter.az xəbər verir ki, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan “Dəyirmi masa”ların əsas məqsədi milli-mənəvi dəyərlərimizi qorumaq, şagirdləri ümumbəşəri dəyərlər ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini gücləndirməkdən ibarətdir.
Paytaxtın 12 inzibati rayonu üzrə keçirilən görüşlərdə uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işlər barədə müvafiq tövsiyələr verilir.
Görüşlər zamanı qeyd edilən məsələlərlə bağlı müəllimlərlə fikir mübadiləsi aparılır, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.
R.Mehdiyeva