Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər xalqın Fizuli Məmmədov kimi xalqını sevən övladları yoxdur-VİDEO



Anar Həsənov: "Belə insanları ilhamlandırmaq, onlara dəstək olmaq lazımdır"

Newscenter.az.2.11.2019.
“Rusiya Azərbaycanlıları İttifaqı (RAİ) Qarabag məsələsini milli mənəvi dəyər hesab edir. Qarabağ məsələsi bizim üçün təkcə siyasi məsələ deyil. Qarabağsız Azərbaycan yoxdur”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Kanal internet televiziyasına müsahibəsində Rusiya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun mətbuat xidmətinin rəhbəri Anar Həsənov səsləndirib. O, bildirib ki, Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun da Qarabağ problemi ilə bağlı yekdil mövqeyi var və bu mövqe Azərbaycanın xarici siyasəti ilə uzlaşır.
RAİ sözçüsü müsahibədə təmsil etdiyi qurumun ötən müddət ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlər, reallaşdırdığı layihələrdən də danışıb. Anar Həsənov həmçinin, Rusiya Azərbaycanlıları İttifaqının Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də Rusiyadakı Azərbaycan səfirliyi ilə əlaqələrinin olub-olmadığı barədə də sualı cavablandırıb. RAİ sözçüsü qeyd edib ki, ittifaqın prezidenti Fizuli Məmmədov istər diasporumuzun bir araya gəlməsi, istər şəhid ailələri və Qarabağ qazilərinə hərtərəfli dəstəyin verilməsi, istərsə də digər müsbət istiqamətdəki fəaliyyətindən dolayı ruhlandırılmalı, həvəsləndirilməlidir. Əksinə onun gördüyü işlərə, ortaya qoyulan fəaliyyətə əngəl olunmamalıdır:

“Hər xalqın Fizuli Məmmədov kimi xalqını sevən övladları yoxdur. Belə insanları ilhamlandırmaq, onlara dəstək olmaq lazımdır. Diasporla İş üzrə Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində bizi ilhamlandıra bilər”

Müsahibəni ətraflı şəkildə aşağıdakı videodan izləyə bilərsiniz:


Xosrov
Xəbəri paylaş