Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Azərbaycanlıları İttifaqı (RAİ) Rusiya xalqını dövlət bayramı - Milli Birlik Günü münasibətilə təbrik edib



Newscenter.az.4.11.2019
. Rusiya Azərbaycanlıları Ittifaqı Rusiya xalqını dövlət bayramı - Milli Birlik Günü münasibətilə təbrik edib.

Bu barədə məlumat Newscenter.az-a RAİ-nin mətbuat xidmətindən daxil olub. Təbrikdə Rusiya dövlətinin tarix boyu keçdiyi qəhrəmanlıq salnaməsindən bəhs edilir və rus xalqının hər zaman dövlətçiliyi qoruduğu, ona sahib çıxdığı qeyd olunur.

Təbrikdə daha sonra bu fikirlər öz əksini tapır:

“Rusiya Avrasiya məkanında bir çox xalqları birləşdirməyə müvəffəq olub və bu gün Rusiya müxtəlif ölkələrin nümayəndələri üçün cazibə mərkəzidir”.

Azərbaycanın Rusiya ilə dərin tarixi əlaqələriə malik olduğu qeyd edilən məktubda bunun ən yaxşı təsdiqi kimi Rusiyada 1 milyondan çox azərbaycanlının yaşaması göstəriib:

“Xalqlarımız güclü mədəni, tarixi və iqtisadi əlaqələrə malikdirlər. Bu iki dövlət tarixin çətin anlarında bir-birini dəstəkləyir və bir-birinin uğurlarından zövq alırlar. Bu gün Rusiya azərbaycanlıları çoxmillətli rus xalqının mühüm bir hissəsi olmaqla bütün həmvətənləri ilə birlikdə bu tarixi bayramı qeyd edirlər. Əmin ola bilərsiniz ki, birlikdə ölkələrimizin üzləşə biləcəyi bütün çətinliklərə sinə gələcək və xalqlarımız arasında əlaqələr bundan sonra da yalnız möhkəmlənəcək. Bu əlamətdar bayram günündə bütün ruslara sülh, firavanlıq, xoşbəxtlik və sağlamlıq arzulayıram”.

Xosrov
Xəbəri paylaş