Newscenter.az.14.11.2019. “Rusiya və Ermənistanın Qarabağ danışıqlarının yeni formatda, separatçıların birtərəfli şəkildə iştirakı ilə aparılmasında israr etməsi mümkün həll variantına zərbə vurur. Gələn ayın əvvəli Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə bu format müzakirə olunacaq”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, təssüf hissi ilə qeyd edib ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu formatla razıdır:
“İlk növbədə xarici işlər naziri E. Məmmədyarov prezidentin Qarabağla bağlı prinsipial siyasətinə qarşı çıxmış olur. Soçidə "Valday" klubunda prezident İlham Əliyev qəti şəkildə Qarabağ məsələsində qəti mövqeyini ortaya qoydu və digər arqumentlərin bundan sonra dilə gətirilməsi mənasızdır. Prezidentin Qarabağla bağlı qəti mövqeyi öz aktuallığını saxlayacaq və danışıqlarda heç bir formata razılıq verməyəcək”.
Politoloq qeyd edib ki, gələn il Rusiya rəhbərliyi tərəfindən Azərbaycan və Ermənistan liderlərinin birgə görüşünü təşkil olunması istisna edilmir:
“Bu görüş reallaşsa "Kazan formulu" çərçivəsində danışıqlar aparılacaq. Qeyd edim ki, prezident İlham Əliyev 1998-ci ildə ABŞ-da aparılan Qarabağ danışıqlarında Azərbaycanın kompromisinə qarşı çıxıb. Ermənistana bir qarış da ərazi güzəştə getməmək əsas pioritet olub. Danışıqları prezidentin Qarabağ məsələsi üzrə köməkçisi aparmalı və ictimaiyyət dolğun məlumatlandırılmalıdır. Rusiyada "Kazan formulu" çərçivəsində danışqlar baş tutarsa, Kremlin yenidən Azərbaycandan istəkləri olacaq. Kremlin razılıq verdiyi sənədə Paşinyanın da razı olması mütləqdir”.
Xosrov