Newscenter.az.14.11.2019. Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə,Gələcək və İnkişaf gənclərin İctimai Birliyi tərəfindən Maştağa mədəniyyət mərkəzində Bakı şəhərində yerləşən 20 məktəb arasında "Məktəblilər arasında vətənpərvərlik və mənəvi dəyərlər mövzusunda rəsm -sərgi müsabiqəsi həyata keçirildi.
Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Asim Vəliyev bu kimi tədbirlərin keçirilməsinin yaradıcı və istedadlı gənclərin aşkarlanmasında böyük önəmə malik olduğunu vurğuladı. Daha sonra Gənclərin Töhfəsi İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynovada iştitakçılara uğurlar arzu edərək onlara öz tövsiyələrini verdi. Tədbirdə ustad rəssamlar Əlirza Əliyev, Salar Rafiq Məmmədov, Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri Ayşəm Balayeva, gənc rəssam Aybəniz Pənahova, 108 nömrəli məktəbin müəllimi Aynur Aslanova iştirak edərək, şagirdlərin işlərinə münasibət bildirdilər.
Sonda müsabiqə iştirakçıları müvafiq nominasiyalar üzrə mükafatlandırılıb.
Mehman