Newscenter.az.14.11.2019. Şamaxı rayonunda qazıntı işləri zamanı zədələnən qaz xətti bərpa olunandan bir qədər sonra başqa bir təşkilata məxsus texnika ilə təkrar olaraq yarasız hala salınıb.
Bu barədə Newscenter.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, bu gün səhər saatlarında Şamaxı rayonunun Cabanı kəndi ərazisində “Çuxuryurd-Sabir” polietilen qaz xətti qazıntı işləri aparan texnika ilə qırılıb. 9 kənddə, təxminən, 2 minə yaxın abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Saat 16:00 radələrində bərpa işləri tamamlanıb. Lakin bir qədər sonra həmin qaz xətti digər bir şirkətin texnikası ilə başqa bir yerdə - Şamaxı rayonunun Sabir qəsəbəsində təkrar zədələnib. Yenə də, təqribən, eyni sayda abonentin qaz təchizatında fasilə müşahidə olunur. Bərpa işləri görülür.
Zaur