Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Siyasətdə bütün oyunlar qəbuldur” variantından artıq imtina etmək zamanıdır



Newscenter.az.14.11.2019. “Əslində indiki müxalifət daha çox şou əhlidir, nəinki siyasət adamı. Qanunsuz aksiyalardan şou düzəldirlər”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov səsləndirib. O, bildirib ki, həmin qüvvələrin əsas məqsədi rəhbərlik etdikləri QHT-lər yaxşı qrant ala, ölkədəki havadarlarından bacardıqları qədər bəhrələnə bilməkdir:

“Siyasətdə bütün oyunlar qəbuldur” variantından artıq imtina etmək zamanıdır. Yox əgər, həqiqətən, dövlətçiliklə, millətlə bağlı məsələləri gündəm etmək istəyirlərsə, sosial şəbəkə müxalifəti deyillərsə, yüz minlərlə elektoratları realda varsa, gedib icazə verilən yerdə aksiyalarını keçirsinlər, biz də bu dövlətin vətəndaşı olaraq o elektoratı görək. Reallaşdırmırlar, demək, birincisi, elektoratları təqdim etdikləri saydan qat-qat aşaığıdır. İkincisi, adamlar onlara inanmır. Üçüncü, biabır olmaqdan çəkinirlər. O üzdən dövlətə xidmət pərdəsi altında aqressivlik edib, özlərini döydürürlər, icazəsiz küçələrə tökülürlər”.

Arzuman Abdulkərimov deyib ki, Əli Kərimlidən də, müsavatçılardan da sərt danışan siyasət adamları var:

“AXCP, Əli Kərimli və Milli Şuranın, o cümlədən Musavatın və Əli İnsanovun məqsədi ölkəni ciddi şəkildə qarışdırmaqdır. Onlar yaxşı anlayırlar ki, ölkənin sabit stabil qalması bu gün ən vacib məsələlərdəndir. Amma gərək bir də bunu anlasınlar ki, bir ovuc aqressiv, dövlət, millət anlayışı olmayan adamla nəyəsə nail olmaq mümkün deyil”.

Xosrov
Xəbəri paylaş