Newscenter.az.14.11.2019. Oktyabr ayı ərzində Təhsil Nszirliyinə daxil olan müraciətlər əsasında aparılan araşdırma nəticəsində bir sıra faktıar üzə çıxıb.
Nazirlikdən Newscenter.az-a verilən məlumata görə, aparılan araşdırma nəticəsində Bakı şəhəri 19, 31, 85 və 261 nömrəli tam orta məktəblərində, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyində və 33 nömrəli tam orta məktəbdə, Astara rayonu Şahağacı kənd 2 nömrəli məktəbdə, Samux rayonu Alabaşlı kənd tam orta məktəbində təsdiqini tapmış hallar həmin məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb.
Fəaliyyətində nöqsanlara yol vermiş məsul şəxslərdən birinə yazılı xəbərdarlıq, yeddi nəfərə isə töhmət verilib.
R.Mehdiyeva