Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir siyasi partiyanın "mühacir biznesi" (insan alveri) ilə məşğul olması nəinki mənəvi, eyni zamanda siyasi rüsvayçılıqdır



Newscenter.az.17.11.2019. "Bir qrup Müsavatçının Almaniya polisi tərəfindən saxlanılmasından sonra Müsavat Partiyasının Azərbaycan ictimaiyyətinin ciddi qınağına tuş gəlməsi tamamilə təbii haldır. Məsələ burasındadır ki, Almaniyanın hüquq-mühafizə orqanları necə deyərlər, "əcinnə ovu"na çıxmayıblar".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov çıxış edib. O, bildirib ki, alman polisi sadəcə olaraq öz işi ilə məşğuldur.

"Saxlanılanlar Müsavat partiyasının keçmiş üzvləri sayılır. Bu həbslər nəticəsində böyük bir cinayətkar şəbəkənin varlığı üzə çıxıb. Onların təhriki nəticəsində evlərini satıb saxta mühacirlik üçün külli miqdarda vəsait ödəyən insanlar aldadılıb. Arif Hacılının orijinal imzasıyla, Müsavatın halalca möhürüylә bir sıra insanlara saxta “siyasi mühacir” statusunu əldə etməkdən ötrü arayışlar verilib. Və indi də həmin insanlar ailələri ilə birlikdə Almaniyadan deport edilməyə başlanıb".

Partiya sədri deyib ki, bu saxtakarlıqlarla məşğul olan cinayətkar dəstənin saxlanılan üzvləri barəsində Almaniyanın yerli məhkəmələri tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib:

"Lakin Müsavat Partiyasının rəhbəri və funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar. Nə vaxta qədər qaçacaqlar və hara qədər qaçacaqlar? Bir siyasi partiyanın "mühacir biznesi" (insan alveri) ilə məşğul olması nəinki mənəvi, eyni zamanda siyasi rüsvayçılıqdır".

Xosrov
Xəbəri paylaş