Newscenter.az.17.11.2019. Bir neçə ay bundan öncə Rusiya azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə xalqımızın qəlbində xüsusi yeri olan “Mübariz” adlı döyüşçü idman klubu təsis olunub, onun geyim dəstləri və lazımı inventarı sifariş edilib.
Newscenter.az-a Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətindən bildirilib ki, 8 noyabr 2019 cu ildən etibarən məhdud məsuliyyətli cəmiyyət olan “Mübariz” döyüşçü idman klubu hüquqi şəxs qismində Rusiya Federasiyasının Vahid Dövlət Reyestrinə daxil edilib.
Rusiya Azərbaycanlıları İttifaqı “Mübariz” döyüşçü-idman klubunun təsisçisi kimi bildirir ki, Avropada, MDB hüdudlarında, habelə Rusiya Federasiyası ərazisində bu adda döyüşçü-idman klubu açmaq niyyətində olan fiziki və hüquqi şəxslər təşkilata müraciət edə bilərlər. Məhz Rusiya Azərbaycanlıları İttifaqı rəhbərliyinin qərarı əsasında Avropada, MDB ölkələrində, həmçinin Rusiyada eyni adda klubun açılışına dəstək verilə bilər. Belə ki, RAİ rəhbərliyi gələcəkdə açılacaq klubların 3 ay müddətində icarə haqqını ödəməyə, qarşılıqlı razılıq əsasında idman klubunu lazımi inventarla təmin etməyə hazır olduğunu bildirir.
Xosrov