Newscenter.az.18.11.2019. 18-28 noyabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndə heyəti müxtəlif rayonlarda aqrar sahədə fəaliyyət göstərən və AFAQ- Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsinə müraciət edən qadınlarla görüş keçirəcək.
Newscenter.az xəbər verir ki, görüşlərin keçirilməsində əsas məqsəd qadın fermerlərin idarə etdiyi təsərrüfatlara baxış keçirilməsi və onların ehtiyaclarının müəyyənləşdirilməsidir. Layihənin növbəti mərhələsində bütün iştirakçı qadınlar peşəkar təlimçilər tərəfindən veriləcək təlim proqramlarına ödənişsiz qoşulmaq imkanı qazanacaqlar.
Təsərrüfat sahibi olan qadın fermerlər isə layihə çərçivəsində konsultasiya və texniki dəstək imkanından yararlana biləcəklər.
Görüşlər aşağıda qeyd edilən cədvələ uyğun baş tutacaq:
18 noyabr saat 11:00-13:00 - Quba
18 noyabr saat 15:00-17:00 - Xaçmaz
19 noyabr saat 11:00-13:00 - Şamaxı
19 noyabr saat 15:00-17:00 - İsmayıllı
20 noyabr saat 11:00-13:00 - Şəki
20 noyabr saat 15:00-17:00 - Qax
21 noyabr saat 11:00-13:00 - Balakən
22 noyabr saat 11:00-13:00 - Goranboy
22 noyabr saat 16:00-18:00 - Ağdam
25 noyabr saat 11:00-13:00 - Sabirabad
26 noyabr saat 11:00-13:00 - Cəlilabad
26 noyabr saat 15:00-17:00 – Masallı
27 noyabr saat 11:00-13:00 - Lənkəran
27 noyabr saat 15:00-17:00 - Astara
28 noyabr saat 14:00-15:00 - Neftçala
Qeyd edək ki, görüşlərdə iştirak etmək istəyən fermerlər afaq.az saytı vasitəsi ilə qeydiyyatdan keçə, ATT-nin regional idarələrinə, eləcə də rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə və ya +994504008899 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Orxan