Bakı-Sabunçu istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılacaq
Tarix: 18-11-2019, 23:15
Newscenter.az.18.11.2019. Noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu -Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq.
Bu barədə məlumat Newscenter.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən daxil olub.
Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur.
Anar