Newscenter.az.18.11.2019. 2019-cu ilin yanvar-oktyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 74 229 yeni abonent qeydiyyata alınıb.
İstehsalat Birliyindən Newscenter.az-a bildirilib ki, onlardan 41 487-si Bakı, Abşeron və Sumqayıt, 32 742-si isə regionlar üzrədir. 2019-cu ilin oktyabr ayı ərzində isə əhali sektoru üzrə 9 105 yeni abonent qeydiyyata alınıb ki, bunun da 5 196-sı Bakı, Abşeron və Sumqayıt, 3 909-u isə regionların payına düşür.
Beləliklə, 01.11.2019-cu il tarixinə “Azəriqaz” İstehsalat Birliyinin ümumi istehlakçılarının sayı 2 milyon 257 min 156 - ya bərabərdir.
Zaur