Newscenter.az.18.11.2019. Ötən həftənin ən yadda qalan və diqqət çəkən hadisəsi Almaniyada qeyri-qanuni miqrantlara qarşı həyata keçirilən əməliyyat və onların deportasiya edilməsi oldu. Alman polisinin həyata keçirdiyi əməliyyat nəticəsində məlum oldu ki, bu ölkədə qeyri-qanuni azərbaycanlı miqrantların yaşamasında Azərbaycanın bir sıra müxalif partiyaları da “fəal” rol oynayıb. Daha dəqiq desək Avropaya getmək ustəyində olan şəxslərə külli miqdarda pul qarşılığında radikal müxalifət partiyaları saxta üzvlük vəsiqəsi və digər zəruri sənədlər veriblər. Bu prosesin başında isə Müsavat Partiyası və AXCP-nin adı çəkilir.
İndi vəziyyət o həddə çatıb ki, mühacir biznesi ilə məşğul olan partiyalar bir-birini suçlayırlar. Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov da deyir ki, mühacir alverçiləri indi də bir-birini qırır. Onun sözlərinə görə, biri o birinə söyür, təhqir eləyir:
“Başqa biri ikisini də alverçi adlandırır. Gülməli mənzərədir. Yəni durum belədir: Alverçi, alverçiyə, alverçi deməsə bağrı çatlayar. Satqın satqına, satqın deməsə ürəyi dayanar. Adamlar şərəfin və ləyaqətin ən axırıncı pilləsində dayanıblar. Aralarında Musavat Partiyası üzvləri də var, keçmiş dövlət qulluqçuları da. Hamısı dövləti siyasi səbəblərdən Avropaya satıb. İndi də Avropanın işinə yaramırlar. Bu adamları birdəfəlik torba kimi istifadə edib, indi ölkələrinə qovurlar. Adam millət, dövlət adına həm utanır, həm də sevinir. O mənada ki, böyük bir cinayət şəbəkəsinin işi açılır. Mühacir alçerçilərinin kələfinin ucu bəlli olacaq. Və artıq Almaniyada icazəsiz yaşayan 61 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb. Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı açıqlamada deyilir ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində 14.11.2019-cu il tarixdə Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası, geri qaytarılması həyata keçirilib. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub. Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb. Bu arada maraqlı bir məqam da diqqət çəkir. Televiziyalarda onlara qadağa qoyulmasını əlində bayraq edən müxalifət partiyası “liderlərindən” biri, Arif Hacılı Almaniyada miqrant alverində partiyanın adının hallanması məsələsi ilə bağlı Real TV-nin suallarını cavablandırmayıb. Əksinə mənasız arqumentlərlə Real TV-ni ittiham edib. Maraqlıdır niyə? Nədən qorxub? Nədən utanıb? Nədən çəkinib?”.
Partiya rəsmisi deyib ki, uzun illərdir bir partiyanın başına olmazın oyunlarını gətirən simalardan biri kimi onun başqa yolu da yoxdur:
“Nə deyəcək, kimdən danışacaq axı? Zatən hər kəs onun qorxusunun da, çarəsizliyinin də səbəblərini çox gözəl bilir.Bütün bu olaylar bizə əsas verir deyək ki, Müsavat Partiyasının indiki rəhbərliyi Müsavat ideologoiyasına xəyanət edib. Ona görə də təklif edirəm ki, əski müsavatçılar Müsavat Partiyasının bu alverçilərdən alınması üçün hərəkətə keçsinlər”.
Xosrov