Newscenter.az.18.11.2019. Noyabrın 10-u İran parlamenti benzinin qiymətinin 3 dəfə təxminən 50 faiz qaldırılması haqqında qərar qəbul etdi. Avtomobil parkı geniş olan, və insanların çoxunun avtomobil istifadəçisi olduğunu nəzərə alsaq, bu vətəndaşların durumuna ciddi təsir edən amil oldu. Benzinin qiyməti 1000 tuməndən, 3000 tümənə qədər artırıldı. Təxminən benzinin dəyəri 200% artdı, həmcinin güzəştli qiymətə satılan benzinin dəyəri isə 60 litrədək aşağı salındı. Benzinin qiyməti 7 qəpikdən təxminən 42 qəpiyə çatdırıldı. Bu isə əhalinin səbr kasasını daşırdı və rejim növbəti dəfə xalqla üz-üzə qaldı.
Tramp hakimiyyətə gəldikdən sonra 2015-ci ildə İranla imzalanan nüvə müqaviləsindən birtərəfli şəkildə çıxdı. Obama ilə Netanyahu arasında münasibətlər gərgin idi, Obama administrasiyası dövründə İranla anlaşma İsraili və ABŞ-da təmsil olunan mühafizəkar yəhudiləri bərk narahat edirdi. 2016-cı ildə ABŞ-da prezident seçkilərinə bütün resurslarını xərcləyən yəhudi lobbisi Trampın prezident seçilməsinə nail oldu. Tramp hakimiyyətə gəldikdən sonra mayın 8-i İranla nüvə müqaviləsini tərk etdi, daha sonra 2018-ci ilin iyun, avqust və noyabr aylarında mərhələli şəkildə İrana qarşı sanksiyaları bərpa etdi. Vaşinqtonun əsas məqsədi İranın neft ixracını sıfıra endirmək və İranla əməkdaşlıq edən dövlətləri cənub qonşumuzdan ayırmaq idi. Tramp hakimiyyətə gəldiyi ərəfədə İrana qarşı hərbi müdaxilə gündəmdə olsa da, Tramp İrana müdaxiləyə getmədi. Reallıqda Trampın əlini qolunu bağlayan, Amerikanın liberal dairələri, demokratlar və ən əsas İrana dərin simpatiya bəsləyən solçu yəhudilər idi. Tramp onların müqavimətini qira bilmirdi.
Tramp administrasiyasının İran siyasəti, İrani iqtisadi və siyasi təcridə məruz qoymaqla, İranı daxildən laxlatmaq idi. Vaşinqtonun antiİran siyasəti uzun vadəli bir proses kimi hesablanmışdır. Məhz buna görədir ki, İranın aşağı təbəqələri sanksiyaların təsirini məhz indi hiss edir. Sanksiya siyasətinin arxasında Trampın kürəkəni Ağ Evdə yəhudi lobbisinin əsas kuratoru olan, mühafizəkar yəhudilərin təmsilçisi Jared Kushner dayanır. İndi Amerikada seçki ərəfəsidir, yəni bütün instutlar election mode vəziyyətindədir, onların başı daxilə qarışdığı üçün, digər məsələlər arxa plandadır. İranın iqtisadi göstəriciləri əhalinin etirazının əsas səbəbi kimi. ABŞ-ın sanksiyalarından sonra, İran neftinin hasilatı kəskin azalıb. Əgər əvvəl İran 3,3 mln barrel neft hasil edirdisə 2018-ci ilin noyabrında bu rəqəm 2,9 mln, 2018-ci ilin dekabrında 2,7 mln barrelə enmişdi. 2019-da isə İran neft hasilatı 1,5 mln barrel qədər geriləmişdi. İlin sonlarına qədər bu rəqəm 700-800 min barrelə qədər enib. Dünyanınn supergücünü qarşısına almaq istəməyən şirkətlər bir-bir İran bazarını tərk etməyə başladılar. İranın neft sektoru, İran büdcəsinin 80%-nə yaxınını formalaşdırır. İranda emal sənayesi zəif inkişaf edib, misal üçün İran neft ixrac edən ölkə olsa da benzini idxal edir. İran bir-çox neft məhsullarını məhz idxal edir. İran pul vahidi olan rial dollar qarşısında 50%-dən çox dəyər itirib. Buna görə İran iki dəfə deflota getməyə məcbur qalıb.
İranda inflyasiya 40%-i keçməklə, ikirəqəmli olub. İşsizlik 14%-i keçib. Milli istehsal ciddi şəkildə azalıb. Ölkəyə daxil olan kapital kəskin şəkildə enib. İranın xalçaçılıq, əczaçılıq, avtomobil sektorları ciddi böhran yaşayıb. Xalçaçılıq sahəsində İranın gəliri 400 mln $-dan 220 mln $-a qədər azalıb. İranın əczaçılıq sənayesində ciddi dərman qıtlığı yaranıb, rialın kəskin dəyər itirməsi, İranda ərzaqların qiymətinin kəskin qalxmasına səbəb olub. İran avtomobil sənayesində istehsal 97% civarında azalıb. Obama dövründə İrana qaytarılan pulların İranın xarici siyasət avanturalarina xərclənməsi,prezident Ruhaninin verdiyi vədləri yerinə yetirməməsi, əhalinin etirazına səbəb olan amillərdir. Baxmayaraq rejim bütün məsuliyyəti məhz islahatçı qanad sayılan Ruhani hakimiyyətinin üzərinə atır, lakin xalq yetkindir, əslində bütün bunların birbaşa İran dini sistemindən qaynaqlandığını gözəl anlayır. 2018-ci ildə baş verən üsyanlarda bütün bölgələr iştirak etmədi, lakin bu dəfə bütün bölgələr etiraz aksiyalarına qatıldı. 2018-ci il üsyanları inqilabi prosesə keçmədi,
İranda daxili elitanın parçalanmaması, etirazların kortəbii və lidersiz olması, heç bir vizyona və alternativ ideyaya malik olmama bu üsyanların inqilabi prosesə keçməsini əngəlləyir. 2013-cu ildə İranda Ruhaninin prezident seçilməsinin və birbaşa ali dini rəhbər tərəfindən dəstəklənməsinin əsas səbəbi, mühafizəkar və irqçi siyasət aparmaqda günahlandırılan buna görə bir-neçə dəfə digər xalqlar tərəfindən etirazlara məruz qalan Əhmədinejatdan sonra daha yumşaq və islahatçı imicli birisinin hakimiyyətə gətirməklə kövrək balansı və dini sistemin dayanıqlığını qorumaq idi. Lakin Ruhani verdiyi vədləri yerinə yetirə bilmədi, Ruhaninin ümid etdiyi ABŞ-la imzalanan nüvə müqaviləsi də Tramp tərəfindən zərbəyə məruz qaldı. İranda olan dini çevrələr və İnqilab keşikçiləri korpusu kapitalın böyük qismini Rəsmi Tehranın regional ekspansionist siyasətinə yatırdı. 2016-2018 Tramp sanksiyalarını da prosesin davamı kimi səciyyələndirsək, İran çox ciddi iqtisadi kataklizmlərlə üz-üzə qaldı. Bunu açıq olaraq İran prezidenti Həsən Ruhani də etiraf etdi. Ruhani qeyd etdi ki, hazırkı dövr islam inqilabından sonra İranın qarşılaşdığı ən çətin dövrdür. Bu etirazlarda, 20 nəfərə yaxın adam ölüb, böyük şəhərlərdə yaralıların sayı artır həmçinin, polislə iğtişaçılar arasında qarşıdurmalar artır. Təbii ki, bütün bunlar hələ İranda dini rejimin çöküşü anlamına gəlmir, lakin baş verən etirazları sistemin zəifləməsinə səbəb olacaq. Bütün bunlardan sonra İran rejimi yeni manevrlərə getməyə məcbur qala bilər.
Nəzərə alsaq ki, 2020-də Trampın hələ prezident seçilmək imkanı qalır, sanksiyalarda İran iqtisadiyyatını daha da kiçildir, bu ilin proqnozuna əsasən İran ÜDM-ü 3%-ə qədər kiçiləcək. Əgər Tramp hakimiyyətdə qalsa bu zaman İran üçün daha çətin olacaq. Tehran arzu edir ki, 2020-də demokratlar seçilsin və İran yenidən ABŞ-la masaya qayıda bilsim. Lakin bu baş verməyə də bilər, və ya yeni Demokratl liderin Obama siyasətini davam edib etməyəcəyi hələ bəlli deyil. Ruhaninin iqtisadi vəziyyəti etiraf etməsi, məhz Amerika ilə dialoqa cəhd etməsinin və bunu dolayı yolla xalqın diqqətinə çatdırmaq məqsədidir. Lakin mühafizəkar xəttin təsiri artır, əgər növbəti seçkilərdə hər hansısa mühafizəkar şəxs prezident olsa bu İranda vəziyyəti daha da gərginləşdirə bilər. Diqqətli olmalıyıq və hazir olmalıyıq Cənub qonşumuzda baş verəcək istənilən proses Azərbaycana təsirsiz ötüşməyəcək.
Kamran Sultanlı-Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) eksperti