Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilir



Newscenter.az.19.11.2019. “TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Quba, Siyəzən və Xızı rayonlarının ümumtəhsil məktəblərində çalışan fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilib. Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təlimlərə Quba rayonunun 137 ümumtəhsil məktəbindən 150, Siyəzən rayonunun 25 ümumtəhsil məktəbindən 35, Xızı rayonunun 15 ümumtəhsil məktəbindən isə 20 nəfər fiziki tərbiyə müəllimi cəlb olunub.

Qeyd edək ki, TOPs proqramı Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Nəticədə ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.

Təlimlər zamanı müəllimlərin praktiki bacarıqlarının artırılmasına və daha keyfiyyətli dərslərin tədrisinə nail olmaq üçün Fiziki Tərbiyə üzrə Tədris Planları araşdırılaraq, TOPs metodikası vasitəsilə praktiki fəaliyyətlər həyata keçirilib və yeni tədris metodları izah olunub.
Layihə çərçivəsində hazırlanmış fiziki tərbiyə üzrə innovativ vəsait olan metodiki tədris kartları da təqdim olunub. Bu kartlar Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanıb və gündəlik planlaşdırmanı əvəz edərək müəllim fəaliyyətini stimullaşdıraraq tədrisdə daha yaxşı nəticələrin əldə edilməsinə hesablanıb.

R.Mehdiyeva
Xəbəri paylaş