Newscenter.az.22.11.2019. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) heyvan sağlamlığı üzrə işçi qrupun iclası keçirilib.
Newscenter.az-a AQTA-dan bildirilib ki. tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, AQTİ-nin nümayəndələri və işçi qrupun digər üzvləri iştirak ediblər.
İclasda komissiyanın heyvan sağlamlığı sahəsində norma və qaydaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görəcəyi işlər, qarşıda duran məsələlər barədə məlumat verilib.
Tədbirdə “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər”, “Ət satış müəssisələrinin fəaliyyətinə dair təlimat”, “Heyvan və quş kəsimi məntəqələrinə dair sanitariya-gigiyena normaları və qaydaları” və digər məsələlər müzakirə olunub.
Bu sahədə norma və qaydaların beynəlxalq tələblərə uyğunlaşdırılmasının əhəmiyyəti, qarşıya qoyulan vəzifələr barədə məlumat verilib.
Eyni zamanda, yeni texniki normativ hüquqi sənədlərin layihəsi ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.
Orxan