Newscenter.az.25.11.2019. Xırdalanda dəhşətli qətl hadisəsi baş verib.
BakuPost.az-ın məlumatına görə, şəhər sakini Aytən Fərzəliyeva qardaşı tərəfindən başı kəsilərək qətlə yetirilib.
Hadisəyə səbəb isə qadının qeyri-rəsmi münasibətdən övladı olması olub.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət işi başlanılıb.
Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyininin sədri Kəmalə Ağazadə status yazıb.
O bildirib ki, A. Fərzəliyeva uzun müddət sığınacaqda qalıb: "Sonra sığınacağı tərk etdi. İndi xəbər gəldi ki, qardaşı namus üstündə onu öldürüb. Mərhumun əxlaqsızlıq etməsinə inanmıram. Heç bir yaşı olmayan övladı yetim qaldı.