Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sürüşmə səbəbindən bu ərazilərə içməli su verilməyəcək



Newscenter.az.25.11.2019. Torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. Bildirilib ki, su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

Anar
Xəbəri paylaş