Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

700 milyon ABŞ dolları minalarla mübarizə proqramlarına sərf olunub

 700 milyon ABŞ dolları minalarla mübarizə proqramlarına sərf olunub


Newscenter.az.26.11.2019. Norveçin paytaxtı Oslo şəhərində “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında BMT Konvensiyasına üzv dövlətlərin 4-cü İcmal Konfransı öz işinə başlayır. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov Newscenter.az-a bildirib ki, bununla əlaqədar olaraq Piyadalar Əleyhinə Minaların Qadağan olunması uğrunda Beynəlxalq Kampaniya “Landmine Monitor Report 2019” hesabatı ilə son 20 ildə əldə olunmuş nailiyyətlər və həll olunmamış problemləri ictimaiyyətə təqdim edir.

İcmal Konfransında bildirilib ki, hazırda 164 ölkə bu Konvensiyanın üzvüdür. Bu qədər ölkənin minalar əleyhinə konvensiyaya qoşulması və ondan irəli gələn məsələlərin həll olunması indiyədək silahlara qarşı mübarizə tarixində ən uğurlu sənəddir. Bu Konvensiyanın uğurlarından biri də ondan ibarətdir ki, bu sənədə qoşulmamış ölkələr də burada nəzərdə tutulan məsələlərdən bəzilərini könüllü yerinə yetirmişlər. Belələiklə də yüz minlərlə insan həyatını qorumaq mümkün olmuşdur. Donor ölkələr və ərazisində minaların olduğu ölkələr tərəfindən beynəlxalq səviyyədə 700 milyon ABŞ dolları minalarla mübarizə proqramlarına sərf olunub.

Son hesabatda bildirilir ki, 59 ölkənin ərazisində və bir neçə qeyri-dövlət ərazidə minaların mövcud olması və onların məhv edilməsi əməliyyatları aparılıb. Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland, Türkiyə və Yəmən ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır. (100 km2 –dən çox).

Xosrov
Xəbəri paylaş