Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birinci vitse-prezident təbriklərə görə təşəkkür edib



Newscenter.az.26.11.2019. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində ünvanına gələn təbriklərə görə xalqa təşəkkür edib.

"Report"un xəbərinə görə, təşəkkür mətnində deyilir:

"Hörmətli həmvətənlər!

Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyim münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş, səmimi sözlərə görə sizə təşəkkür edirəm.

Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar diləməyiniz mənim üçün ən gözəl ilham mənbəyidir.

Çox sağ olun!

Sevgilərlə,

Sizin Mehriban".
Xəbəri paylaş