Newscenter.az.26.11.2019. “Əgər Dövlət Gömrük Komitəsinə rüsumların azaldılması ilə bağlı təkliflər daxil olsa, biz onlara etiraz etmərik”.
Bunu keçirdiyi mətbuat konfrasında Komitəsinin sədri Səfər Mehdiyev deyib.
“Gömrük rüsumlarının müəyyən edilməsi bizim səlahiyyətimizdə deyil. Komitə olaraq özümüz də hökumətə bir sıra təkliflər vermişik. Bunlardan biri ekoloji təmiz avtomobillərin ölkəyə gətirilməsinin stumullaşdırılması ilə bağlıdır".