Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəkidə qadınların işgüzar inkişafı təlimlərinə start verilib



Newscenter.az.26.11.2019. Noyabrın 26-da Şəki “ASAN Həyat” kompleksində ASAN Könüllüləri və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə ilə həyata keçirilən “ASAN İnkişaf Modeli- Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) çərçivəsində təşkil olunan işgüzar inkişaf təlimlərinə start verilib.

Newscenter.az-a Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.

Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, AIM-W 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edəcək.

Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər professor Bülent Himmetoğlu, Dr. İşıl Keskin Şahan və Soner Şahan iştirak edirlər.

Layihə çərçivəsində bundan əvvəl Mingəçevir və Qubada təlimlər baş tutub. Layihə Şəki ilə yanaşı, Gəncə, Qəbələ, Sumqayıt iqtisadi zonlarını da əhatə edəcək.

Aydan
Xəbəri paylaş