Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib



Newscenter.az.28.11.2019. Prezident İlham Əliyev "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib.

Sənədə əsasən, Mərkəzi Bank bir ay müddətində “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Valyuta tənzimi haqqında” qanunlarında və digər qanunvericilik aktlarında zəruri dəyişikliklərin edilməsi barədə təkliflərini hazırlayıb Prezidentə təqdim etmək, müvafiq təhvil-təslim işlərinin həyata keçirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.
Xəbəri paylaş