Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək

Bakıda Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək


Newscenter.az.2.12.2019
. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə dekabrın 14-də Heydər Əliyevin anım gününə həsr edilmiş “Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Newscenter.az-a Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsindən verilən məlumata görə, konfransda yerli mütəxəssislər yanaşı Türkiyə, Almaniya, İran və İtaliyanın nüfuzlu tibbi ekspertləti də iştirak edəcəklər.

Dörd paneldən ibarət olan konfransda “Anadangəlmə ürək qüsurları, genetika, skrininq və ümumi baxış”, “Yenidoğulmuşlarda təcili vəziyyətlərdə nə etməli?”, “Anadangəlmə ürək qüsurlarında xüsusi vəziyyətlər: vaksinasiya və reabilitasiya” və “Mitral və aortal qapaqların müalicəsində innovativ yeniliklər” mövzularında çıxışlar olacaq, maraqlı mühazirələr və interaktiv diskussiyalar aparılacaq.
Konfrans iclaslarının dörd panelinin gedişində Azərbaycandan ürək cərrahı Rəşad Mahmudov “Minimal invaziv cərrahiyyə”; Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupundan professor Yalım Yalçın “Anadangəlmə ürək qüsurlarının müalicəsində invaziv kardioloji metodların rolu” mövzusunda məruzələr edəcəklər.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq təşkil olunan elmi-praktik konfransların keçirməsinin əsas məqsədi yerli və beynəlxalq tibb ictimaiyyətinin mütəxəssislərini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərin diqqətə çatdırılması və təcrübə mübadiləsinin aparılmasıdır.

Aydan
Xəbəri paylaş