Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəb rəhbərliyi və müəllim heyəti qeybə çəkildi



Newscenter.az.2.12.2019. Paytaxtda yerləşən Laçın rayonu, 35 saylı orta məktəbdə qəribə olay baş verib.

Newscenter.az xəbər verir ki, səhər saatlarında dərsə gedən şagirdlər məktəbdə direktor daxil olmaqla təhsil müəssisəsiunin işçilərinin qeybə çəkildiklərinin şahidi olublar. Bu barədə sosial şəbəkədə məlumat verən həmin təhsil müəssisəsində təhsil alan şagirdlərin valideynləri bildiriblər ki, məktəbin rəhbərliyi və müəllim kollektivi xəbərsiz şəkildə təhsil müəssisəsini tərk ediblər.

Valideynlər yaranmış vəziyyətdən narahat olub məktəbin direktoru ilə əlaqə saxlasalar da, məktəb rəhbərliyi olaydan Təhsil Nazirliyinin məlumatlı olduğunu deyib və valideynlərə heç bir yerə şikayət etməmələrini tövsiyə edib.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xosrov
Xəbəri paylaş