Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Sağlam qida” sərgisi təşkil olunub



Newscenter.az.2.12.2019. Təhsil Nazirliyinin “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində Bakı şəhəri 246 nömrəli məktəb-liseydə “Sağlam qida” sərgisi təşkil olunub.

Newscenter.az-a Təhsil Nazirliyindən bildirilib ki, sərgi çərçivəsində “Sağlam təhsil” siniflərinin şagirdlərinin hazırladıqları, sağlam qidanın təbliğini əks etdirən stendlər təqdim olunub. Həmçinin “Sağlam təhsil” üzrə 4-cü sinif şagirdlərinin iştirakı ilə yarış keçirilib. Yarış müddətində komandalar sağlamlığa xeyirli, az kalorili yeməklər hazırlayıblar. Yeməklər gigiyena normaları, gözəllik və səliqə, ləziz, kreativ yanaşma meyarlarına görə münsiflər tərəfindən qiymətləndirilib.

Yekunda Bakı şəhəri 246, 83 nömrəli məktəb-liseylər və 322 nömrəli tam orta məktəbin “Sağlam təhsil” siniflərinin şagirdlərindən ibarət komandalar qalib seçilib.

Qeyd edək ki, “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində keçirilən “Sağlam qida” yarışının məqsədi şagirdlər arasında düzgün qida mədəniyyəti, sağlam qida məhsullarının seçimi ilə bağlı maarifləndirmə, sağlam həyat tərzinin və fiziki aktivliyin artırılmasının təbliğidir.

R.Mehdiyeva
Xəbəri paylaş