Newscenter.az.18.12.2019. Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan və uğurlu karyera qurmağı bacaran azərbaycanlılarla əlaqələri möhkəmləndirmək məqsədilə həyata keçirdiyi “Liderliyin inkişafı proqramı”nın ölkəmizə səfərə gəlmiş bir qrup iştirakçısı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar.
Dövlət Komitəsindən Newscenter.az-a verilən məlumata görə, görüşdə qeyd olunub ki, Azərbaycan dövlətinin qaçqınlıq və köçkünlük probleminin həlli sahəsindəki təcrübəsi bütün dünyada nümunə kimi qəbul edilir. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl zəruri tədbirlər həyata keçirilsə də, onların ən böyük arzusu doğma torpaqlara qayıtmaqdır.
Komitə sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bununla əlaqədar xalqımızın üzləşdiyi ədalətsizlik haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor nümayəndələrinin böyük rol oynadığını diqqətə çatdırıb. Eyni zamanda qeyd edilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər daha geniş auditoriyaya ünvanlanmalı və daha effektiv olmalıdır. Diaspor nümayəndələrinin məcburi köçkünlərin təhsil, səhiyyə, məşğulluq kimi sosial problemlərinin həllinə dəstək verməsinin, fəaliyyət göstərdikləri ölkələrdəki müvafiq təşkilatları da bu işə cəlb etməsinin əhəmiyyəti vurğulanıb.
Qonaqlar səmimi qəbula görə təşəkkür bildiriblər, görüşdə müzakirə olunan məsələlərlə bağlı fəaliyyətləri daha artıracaqlarını bildiribər.
Daha sonra qonaqlar Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindəolublar, burada müvəqqəti məskunlaşmış soydaşlarımızla görüşüblər.
Aydan