Newscenter.az.18.12.2019. "Opalus Partners Group" şirkətinin təşkilatçılığı ilə səhər yeməyi formatında növbəti "HR Meetup" tədbiri keçirilib. Newscenter.az xəbər verir ki, görüşdə qabaqcıl şirkətlərin İnsan Resursları rəhbərləri HR sahəsi ilə bağlı təqdimatlarla çıxış edib və müzakirələr aparıblar.
"Opalus Partners Group" şirkətinin rəhbəri Çimnaz Qasımova bildirib ki, sponsoru SOCAR AQŞ olan tədbirdə Azərbaycanda fəaliyyət göstərən 35 şirkətin nümayəndələri iştirak ediblər. Tədbir HR rəhbərlərin öz təcrübələrini bölüşməsi baxımından çox əhəmiyyətli olub.
Tədbirdə KapitalBank-dan Fərqanə Məmmədova, SOCAR AQŞ-dən Sevinc Hüseynova, RabitəBank-dan Rəna Həsənzadə və Ernst and Young şirkətindən Samirə Şabanova öz təcrübələri ilə bölüşüblər. İştirakçılar arasında böyük maraq doğuran bu görüşün sonunda KapitalBank, RabitəBank və “Opalus Partners Group”-u tərəfindən hazırlanmış hədiyyələrin lotereyası oynanılıb və qaliblərə təqdim edilib.
Xatırladaq ki, “Opalus Partners Group”un təşkilatçılığı ilə keçirilən "HR Meetup" görüşlərinin əsas məqsədi İnsan Resursları sahəsində olan mütəxəssisləri bir araya toplamaq, bu sahədə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmaq və ayrı-ayrı şirkətlərdə tətbiq edilən HR alətləri ilə tanış olmaqdır.