Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq



Newscenter.az.29.12.2019. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhali fasiləsiz nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə təmin ediləcək.

Newscenter.az-a nazirlikdən bildirilib ki, nazirlik bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

Bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur.

Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.

31 dekabrda bütün "Şəbəkə" xidmət mərkəzləri saat 9:00-dan 17:00-dək, 1 yanvar tarixində saat 10:00-dan 17:00-dək, digər bayram günləri Mərkəzi Şəbəkə saat 09:00-18:00, digərləri isə saat 09:00-dan 17:00-dək əhaliyə xidmət göstərəcək.

Şəhərlərarası nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığını nəzərə alaraq, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.

Vətəndaşlardan qarşılaşdıqları müvafiq problemlərlə bağlı "1655" nömrəli "Qaynar xətt"lə əlaqə saxlamaları xahiş olunur.

Anar
Xəbəri paylaş