Azərbaycan və İtaliya prezidentləri görüşdü
Tarix: 20-02-2020, 15:14
Newscenter.az.20.02.2020. Fevralın 20-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək görüşü olub.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
X X X
Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.