Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev Fondu Əməkdar artistin müalicəsini üzərinə götürdü

Heydər Əliyev Fondu Əməkdar artistin müalicəsini üzərinə götürdü


Newscenter.az.24.02.2020. Heydər Əliyev Fondu Əməkdar artist Rəhman Rəhmanovun müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb.

Bu barədə "Report"a Əməkdar artist özü məlumat verib.

R.Rəhmanov Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib:

"Bir saat bundan öncə xoş xəbər aldım. Fond mənim müalicəmi nəzarətə götürüb. Buna görə Abdulla Şaiq adına Dövlət Kukla Teatrı, kollektivimiz və ailəmiz adından dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımızı bildirirəm. Bu, təkcə mənə deyil, bu, həm də bizim kollektivə verilən dəyərdir".

R.Rəhmanov bildirib ki, hazırda növbəti əməliyyata hazırlaşır:

"Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunmuşam. Növbəti əməliyyata hazırlaşıram. İkinci əməliyyat həkimlər üçün çətinlik yaradır. Hazırda növbəti əməliyyat üçün bədənim və orqanizmimdə bərpa işləri aparılır. Səhhətimdəki problemlərlə bağlı bir neçə diaqnoz qoyulub. Neçə vaxtdır ki, öd kisəmdə daş olub. Bundan xəbərsiz olmuşam. Bundan sonra qanla qarışma olub və zəhərlənmə verib. Bununla da qaraciyər sıradan çıxıb. İndi o daşı çıxarıblar".
Xəbəri paylaş