Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə dəyişiklik edilməyib

Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə dəyişiklik edilməyib


Newscenter.az.14.03.2020. 2020-ci il 14 mart saat 00:00-dan etibarən on günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması ilə əlaqədar Bakı-Tbilisi-Bakı sərnişin qatarı Böyük Kəsik stansiyasına qədər hərəkət edib Bakıya qayıdır.

Newscenter.az-a Səhmdar Cəmiyyətin mətbuat katibliyindən verilən xəbərə görə, bununla bağlı Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə, stansiyalara çatma və yola düşmə vaxtlarına dəyişiklik edilməyib.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı qatarına alınmış biletlər üçün ödənilən məbləğ "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən bilet sahiblərinə geri qaytarılacaq.

Anar
Xəbəri paylaş