Qazaxıstanda mədəni-tarixi obyektlərin infrastrukturu inkişaf etdiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bununla bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tapşırıq verib.
Dövlət başçısı mədəniyyət və informasiya naziri Aida Balayevanı qəbul edərkən sözügedən məsələ müzakirə edilb.
Görüşün sonunda dövlət başçısı nazirliyə mədəni-tarixi obyektlərin infrastrukturunun inkişaf etdirilməsi, yaradıcılığın dəstəklənməsi, Qazaxıstan mədəniyyətinin xaricdə tərənnümü kimi bir sıra konkret vəzifələr həvalə edib. Bundan əlavə, yaradıcı sənayenin institusional səviyyədə dəstəklənməsi və bu sahənin sürətli inkişafı işinin gücləndirilməsi tapşırılıb.
Nərgiz Əzizova